HADİSƏ

Gecə pəncərəsini döyəni qəbiristanlıqda öldürdü

Atışma nəticəsində Elşən Qədirli Asim Əbdulov tərəfindən güllələnərək öldürülüb
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 fevral - Sputnik. Siyəzən rayonunda atışma hadisəsi baş verib. Hadisə səhər saatlarında, rayondakı qəbiristanlıqların birində yaşanıb. Atışma nəticəsində Elşən Qədirli Asim Əbdulov tərəfindən güllələnərək öldürülüb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ilkin ehtimala görə, qətlin səbəbi öldürülən şəxsin – E.Qədirlinin A.Əbdulovun evinə gələrək, pəncərəni gizlincə döyməsi olub. Bundan qəzəblənən A.Əbdulov E.Qədirlini qəbiristanlığa aparıb və onun belə cəzalandırıb.

Hadisə ilə bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Qətli törədən Asim Əbdulov həbs olunub.