Avtomobillər üçün hərəkət sürəti artırılır

Məlumata görə, sözügedən işlər 12 fevral tarixində axşam saatlarında yekunlaşdırılacaq
Sputnik

BAKI, 11 fevral — Sputnik. Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol nişanları 110 km/saat yol nişanları ilə əvəz edilir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat şöbəsindən məlumat verilib.

Məlumata görə, sözügedən işlər 12 fevral tarixində axşam saatlarında yekunlaşdırılacaq. Bu üzdən sürücülərdən işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.