CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amerikalı ulduz "Qremmi"ni almağa azərbaycanlı modelyerin paltarında gedib

Aşanti Duqlas mükafatlandırma mərasiminə Rüfət İsmayılın hazırladığı geyimdə qatılıb
Sputnik

BAKI, 11 fevral — Sputnik. Amerikalı müğənni, prodüser, aktrisa, rəqqasə və model Aşanti Duqlas "Qremmi-2019"un mükafatlandırma mərasiminin qırmızı xalısına azərbaycanlı dizayner Rüfət İsmayılovun hazırladığı geyimdə çıxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni həmin mərasimdən çəkilmiş fotolarını Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Duqlas gecəyə iri yarığı olan uzun ziyafət paltarında qatılıb. Onun geyimi KİV nümayəndələri və həmkarları arasında böyük maraq doğurub.

Aşanti Duqlas debüt albomu olan "Ashanti"yə görə “Qremmi”yə layiq görülüb. Bu albom çıxdığı ilk həftədə yarım milyon tirajla satılıb və "Nielsen SoundScan" şirkətinin məlumatına görə, müğənni üçün rekord olub.

Rüfət İsmayıl "Affair" brendinin yaradıcısıdr. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb.

İsmayılın kolleksiyası, həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan "Pitti Uomo"da nümayiş etdirilib. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb. Onun hazırladığı geyimləri Beyons, Cenifer Lopes, Avril Lavin və digər dünya ulduzları geyinirlər.

Rüfət İsmayıl bu yaxınlarda Azərbaycanı Nyu-Yorkda keçirilən moda həftəsində uğurla təmsil edib. O, hal-hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.