Britaniya şahzadəsinə bahalı ev hədiyyə olunacaq

Şahzadəyə ilk övladının dünyaya gəlməsi münasibəti ilə ev hədiyyə olunacaq
Sputnik

BAKI, 10 fevral — Sputnik. Britaniya kraliçası Elizabet şahzadə Harri ilə gəlini Meqan Markla bahalı ev hədiyyə ediəcək. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, kraliça Harrinin ilk nəvəsinin dünyaya gələcəyi münasibəti ilə cütlüyə bu hədiyyəni verəcəyini deyib.

Kraliça bundan başqa validyen olmağa hazırlaşan cütlüyə bir-birindən bahalı rəsmlər də hədiyyə edib.

Xatırladaq ki, şahzadə ilk övladı dünyaya gəlməzdən öncə "Kensinqton" sarayından "Frogmore Cottage"də yerləşən evlərinə köçəcəkləri ilə bağlı məlumat yaymışdı.

Qeyd edək ki, cütlük gələn ay kraliçanın hədiyyə edəcəyi evə köçəcək.