HADİSƏ

İranda 5,2 bal gücündə zəlzələ olub

Yeraltı təkanlar bazar günü yerli vaxtla saat 14:24-də (Bakı vaxtı ilə 14:54) qeydə alınıb
Sputnik

BAKI, 10 fevral - Sputnik. İranın cənubundakı Hürmüzgan vilayətində 5,2 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, zəlzələ nəticəsində biri 17 yaşında qız olmaqla, üç nəfər yaralanıb, 15 yaşayış binası zədələnib. Zərər çəkənlərin hamısı təxliyə olunaraq xəstəxanalara yerləşdirilib.

Yeraltı təkanlar bazar günü yerli vaxtla saat 14:24-də (Bakı vaxtı ilə 14:54) qeydə alınıb. Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşib.