HADİSƏ

Mingəçevirdə naxələf nəvə ələ keçdi

Mingəçevirdə nəvə dostu ilə birlikdə 80 yaşlı nənəsinin evindən oğurluq edib
Sputnik

BAKI, 10 fevral - Sputnik. Mingəçevirdə oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Təbriz küçəsində, 1939-cu il təvəllüdlü şəhər sakini Züleyxa Bağırovanın yaşadığı mənzildə qeydə alınıb.

Belə ki, onun evindən 3 min manat oğurlanıb. Z.Bağırova bu barədə polisə məlumat verərək, evinə qonaq gələn şəxslərdən şübhələndiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report”a verilən məlumata görə, oğurluqda şübhəli bilinən iki nəfər - zərərçəkənin nəvəsi, Tovuz rayon sakini, əvvəllər də məhkum olunmuş Tural İskəndərov və dostu, Samux rayon sakini Xasay Mustafayev saxlanılıblar. Saxlanılanlar istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.