CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Almaniya sakini lotereyada 63,2 milyon avro udub

Qalibin kim olması barədə ətraflı məlumat verilmir
Sputnik

BAKI, 10 fevral - Sputnik. Almaniyanın Reynland-Pfals federal ərazisinin sakini "Eurojackpot" lotereyasında 63,2 milyon avro udub.

"Report" xəbər verir ki, bu barədə lotereya şirkəti məlumat yayıb.

Qalibin kim olması barədə ətraflı məlumat verilmir. Yalnız məlumdur ki, onun lotereyasının, beş əsas rəqəmi 5, 8, 21, 24, 26, həmçinin iki əlavə - 4 və 5-dir.

"Eurojackpot" lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər cümə günləri Helsinkidə elan olunur.