Ötən illə müqayisədə balıq ovunun sayı artıb

Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib
Sputnik

BAKI, 9 fevral — Sputnik. Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, Azərbaycanda 2018-ci ildə 194 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1707,1 ton kvotaya qarşı 1614,1 ton və ya 2017-ci illə müqayisədə 67,3 faiz çox balıq ovlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Ovlanmış balığın 1072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5,0 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib.

Balıq ehtiyatlarının mühafizəsi və ondan səmərəli istifadənin təmin olunmasında balıq ovunun tənzimlənməsi xüsusi əhəmiyyətə malikdir.