BAKI, 9 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Qartal adlanan ərazisində 8 mərtəbəli bina çöküb.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Axtarış-xilasetmə işləri davam edir.