CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qadınlar iş başında yaxalandı

Azərbaycan vətəndaşı olan qadınlar həbs ediliblər
Sputnik

BAKI, 9 fevral — Sputnik. Türkiyənin Konya rayonunun Akşehir ilçəsində əxlaqsızlıqla mübarizə əməliyyat tədbiri keçirilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı 7 nəfər saxlanılıb.

Məlumata görə, Akşehir Ahicelal Məhəlləsində bir evdə azərbaycanlı qadınların saxlanılaraq, fahişəliyə məcbur edilməsi barədə Akşehir polisinə məlumat verilib. Ərazini nəzarətə alan polis qrupları evin 61 yaşlı G.D.-yə aid olduğu müəyyən edib.

Evə müxtəlif kişilərin girib-çıxdığını görən polis qrupu evə basqın edib. Basqın zamanı Azərbaycan vətəndaşları olan 50 yaşlı S.Z. və 23 yaşlı S.G., ev sahibi və 4 kişi saxlanılıb. Kişilərin ifadəsi alındıqdan sonra buraxılıb. Azərbaycan vətəndaşı olan qadınlar və ev sahibi isə həbs ediliblər.