BAKI, 9 fevral - Sputnik. Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
Prezident İlham Əliyev həmçinin Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında da sərəncam imzalayıb.