CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarix İnstitutunun ilk elektron oxu zalı necə görünür

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub. Zalın yeni görünüşünü Sputnik Azərbaycan-ın videosunda izləyin.
Sputnik

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəmzi açılışı bildirən lenti birgə kəsiblər.

Elektron arxivdə artıq 170 min arxiv sənədi, 17 min kitab, müxtəlif dövri mütaliə növləri, elmi jurnallar, dissertasiya işləri, avtoreferatlar və xəritələr var.

“Nə vaxtsa, cavan olduğunuzu unutmayın”: Gənclərin dostundan məmurlara öyüd

“Halal Technologies and Solutions” şirkətinin direktoru Uğur Zeynallı elektron zal üçün istifadə olunan avadanlıqlardan danışıb və onların imkanlarını nümayiş etdirib.

Tarixçi alim Rəşad Mustafa isə hal-hazırda üzərində işlədiyi məqalə haqqında məlumat verib və bu işdə elektron oxu zalının ona yaratdığı əlavə imkanlardan danışıb.

Bildirilib ki, elektron oxu zalından rəsmi müraciətdən sonra hər kəs istifadə edə bilər. Arxiv və kitabxananın onlayn versiyası isə hələ mövcud deyil, amma planlaşdırılır.