BAKI, 8 fevral — Sputnik. Rusiya "Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" müqaviləni yerinə yetirmədiyi haqqında ittihamları təkzib edərək ABŞ-a etiraz notası verib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Rusiya tərəfi altı ay ərzində "Yaxın və Orta mənzilli raketlərin ləğvi" müqaviləsində iştirakını dayandıracağını bəyan edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 2-i bəyan edib ki, Vaşinqton Rusiya ilə "Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" müqavilədən çıxma prosedurana başlayır. ABŞ Dövlət katibi Mayk Pompeo isə bəyan edib ki, əgər Rusiya 6 ay ərzində sazişə tam olaraq əməl etməyə başlamasa onda saziş ləğv olunacaq.
Rusiya prezidenti Vladimir Putin də öz növbəsində bəyan edib ki, Rusiya ABŞ-ın "Yaxın və Orta mənzilli raketlərin ləğvi"ndən çıxmaq qərarına adekvat cavab verəcək və o da sazişdə iştirakı dayandırır. Putin qeyd edib ki, Rusiya silahlanma yarışına başlamayacaq.