BAKI, 8 fevral — Sputnik. Xəbər verdiyimiz kimi iki gün öncə Türkiyənin İstanbul şəhərinin Qartal adlanan ərazisində 8 mərtəbəli bina çöküb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, dağıntılar altından artıq 14 cəsəd çıxarılıb. Bundan başqa 16 yaşlı bir gəncin 45 saatdan sonra xilas edilməsi də mümkün olub.
Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar olaraq bu gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu da hadisə yerində olub.