HADİSƏ

FHN-dən yanğın xəbəri

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub
Sputnik

BAKI, 8 fevral — Sputnik. Salyan rayonunun Aşağı Noxudlu kəndində ümumi sahəsi 35 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.