Əfqanıstan prezidenti Azərbaycana gəlir

Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq
Sputnik

BAKI, 8 fevral — Sputnik. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri gözlənilir. Bu barədə Sputnik Azərbaycan-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Məlumata görə, dövlət başçısı VII Qlobal Bakı forumunda iştirak edəcək.

Qeyd edək ki, forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu "Dünyanın yeni xarici siyasəti" olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.