BAKI, 7 fevral — Sputnik. Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis polkovnik-leytenantı Natiq Qasımov vəzifəsindən azad olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.
Əmrə əsasən, Natiq Qasımov Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi təyin edilib.
Qeyd edək, Natiq Qasımov Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının sədri Faiq Qasımovun qardaşıdır.