CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ADA ilə bağlı vacib Fərman imzalandı

Universitetin tərkibinə institutlarla yanaşı, kolleclər daxil edilir
Sputnik

BAKI, 7 fevral — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə ADA Universiteti həm də orta ixtisas təhsili üzrə kadr hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsi hesab olunacaq.

Universitetin tərkibinə institutlarla yanaşı, kolleclər daxil edilir.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri üç ay müddətinə həll etmək tapşırılıb.