İQTİSADİYYAT

Milli valyutamız bahalaşdı

Avronun məzənnəsi 0,35% geriləyərək 1,9316 manat olub
Sputnik

BAKI, 7 fevral - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,35% geriləyərək 1,9316 manat, Rusiya rublunun məzənnəsi isə 0,39% azalaraq  0,0258 manat təşkil edib. Bir gürcü larisi 0.6425, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3254 manatdır. 

Qeyd edək ki, Mərkəzi Bankın dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, avronun məzənnəsi 1,9383, Rusiya rublunun məzənnəsi isə 0,0259 manat təşkil edib. Bir gürcü larisi 0.6413, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3267 manat olub.