“Yanar dağ” qoruğu bağlandı

10 fevral tarixindən etibarən qoruq yenidən ziyarətçi qəbul edəcək
Sputnik

BAKI, 7 fevral — Sputnik. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu 07.02.2019-cu il tarixindən 09.02.2019-cu il tarixinədək profilaktik işlərlə əlaqədər ziyarətçilərə bağlı olacaq. 

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib.

O da qeyd olunub ki, 10 fevral tarixindən etibarən qoruq yenidən ziyarətçi qəbul edəcək.