Qaçaqmalçı leopard balasını çemodanda xaricə aparıb

Hava limanında kişinin çemodanından səs gəlməyə başlayıb
Sputnik

BAKI, 7 fevral — Sputnik. Hindistanda bir kişi Çennayi şəhərindən leopard balasını çemodanda aparmağa cəhd etdiyi üçün saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Tailanddan gəlirmiş. Leopard balası səfər zamanı ölməyib.

Hava limanında kişinin çemodanından səs gəlməyə başlayıb. Bu da hər kəsin diqqətini çəkib.  Çemodanda leopard balası olduğunu aşkar edən kimi kişini saxlayıblar. Leopard balasının çəkisi bir kilodan da az olub.

Aeroportun işçiləri bildirib ki, leopard balası şokda olub. Onu zooparka aparıblar və baytarlar onun səhhəti ilə maraqlanırlar. Kişi isə niyə leopard balasını bu üsulla gətirdiyinin səbəbini açıqlamır. Polis onun qaçaqmalçı olduğundan şübhələnir.