Tramp və Kim Çen Inın görüş tarixi və yeri bilindi

ABŞ və Şimali Koreya rəhbərliyi arasında ilk sammit 12 iyun 2018-ci ildə Sinqapurda baş tutub
Sputnik

BAKI, 6 fevral — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreya lideri Kim Çen Inla 27-28 fevral tarixlərində Vyetnamda görüşmək niyyətindədir. Bu barədə Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir.

ABŞ prezidentinin planları ilə tanış olan mənbənin sözlərinə görə, o, bu barədə yaxın vaxtda elan edəcək.

Qeyd edək ki, ABŞ və Şimali Koreya rəhbərliyi arasında ilk sammit 12 iyun 2018-ci ildə Sinqapurda baş tutub. Ölkələrin liderləri birgə bəyanat imzalayıblar. Bəyanatda göstərilir ki, Şimali Koreya özünü nüvəsizləşdirməyə hazırdır.