BAKI, 6 fevral — Sputnik. Bu gün səhər saatlarında Abşeron rayonunda TIR ilə 551 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu toqquşub. Baş verən qəza nəticəsində 10 nəfər müxtəlif xəsarətlərlə Bakıdakı 1 nömrəli Respublika Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xəstəxanaya gətirilənlərin 6-sı kişi, 4-ü qadın olub. Son məlumata görə, onlardan 4-ü evə buraxılıb.
"Üç nəfər neyro cərrahiyyə, iki nəfər travmatologiya, bir nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Bu şəxslərin vəziyyətləri orta stabildir" – deyə nazirlikdən verilən məlumatda qeyd olunub.
Həmin şəxslər arasında uşaqların olub-olmaması haqda isə hələlik məlumat yoxdur.