İQTİSADİYYAT

Dövlət Neft Fondu 635 milyon məbləğində dollar satıb

ARDNF tərəfindən 2018-ci ilin yanvar ayı ərzində 299,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb
Sputnik

BAKI, 6 fevral — Sputnik. Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı (2019-cu ilin yanvar ayı üzrə) açıqlama yayıb. Fondun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Dövlət Neft Fondu 635 milyon məbləğində dollar satıb

Qeyd edək ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar ayı ərzində 299,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, 2018-ci ilin yanvar ayı ilə müqayisədə valyuta satışı 335,8 milyon dollar və yaxud 2 dəfədən çox artıb.

Onu da qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayında valyuta satışı 42,2 milyon dollar azalıb.