ABŞ-da hərbi gəmilər toqquşub

HDQ baş verənlərlə bağlı araşdırma aparacaq
Sputnik

BAKI, 6 fevral — Sputnik. Amerika Birləşmiş Ştatlarının şərq sahillərində bu ölkənin Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus iki gəmi toqquşub. Bu barədə ABŞ HDQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, söhbət "Leyte Gulf" raket kreyseri və ABŞ HDQ-nin yük gəmisindən gedir. Onlar ehtiyatları doldurarkən toqquşub.

Qeyd olunur ki, hadisə nəticəsində heç kəsə xəsarət dəyməyib. HDQ baş verənlərlə bağlı araşdırma aparacaq.