CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış bəstəkarın oğlu DİN-də yeni vəzifəyə təyin olundu

Elçin Kazımi bəstəkar Oqtay Kazıminin oğludur
Sputnik

BAKI, 6 fevral — Sputnik. Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırova müavin təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovniki Elçin Kazımi Səhlab Bağırova müavin təyin olunub.

Qeyd edək ki, Elçin Kazımi bəstəkar Oqtay Kazıminin oğludur.