BAKI, 6 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması haqqında sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Belə ki, sərəncama əsasən iş səyahəti üçün Rusiyaya gələn Türkiyə vətəndaşlarından vizanın tələb edilməsi qadağan edilib.
Rusiya XİN-ə Türkiyə tərəfini müvafiq göstəriş barədə məlumatlandırmaq tapşırılıb.