Azərbaycanda zəlzələ davam edir

Qurban Yetirmişli bu müddətdə 130 avtoşokun qeydə alındığını bildirib
Sputnik

BAKI, 6 fevral - Sputnik. Respublika Seysmoloji Xidmət Mərkəzində ötən gün baş verən zəlzələ ilə əlaqədar mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Seysmoloji Xidmət Mərkəzinin direktor müavini Qurban Yetirmişli bu müddətdə 130 avtoşokun qeydə alındığını bildirib.  

Zəlzələ nəticəsində 30 nəfər xəstəxanalıq olub

Onun sözlərinə görə proses hazırda da davam edir: "6 baladək zəlzələnin baş verməsi ilə enerji boşalması baş verdi. Kiçik yeraltı təkanlar baş verdi".

Q.Yetirmişlinin sözlərinə görə, bu gün zəlzələ baş verən bölgədə bir sıra tikili və evlərdə çatların yarandığı müşahidə edilib: "Bu ev və tikililərin əksəriyyəti keyfiyyətsiz tikinti materiallardan tikildiyi üçün onlarda çat baş verib. Onu da qeyd edim ki, bizim Pirquluda yerləşən stansiyamızda da kiçik çat yaranıb”.

Qurum rəsmisi qeyd edib ki, prosesin öyrənilməsi üçün Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlar bir neçə gün ərzində zəlzələ bölgəsində olacaqlar.