BAKI, 5 fevral — Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi sahəsi 37 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, dəhlizinin tavanı 5 m² sahədə yanıb.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Yanğının kəşfiyyatı zamanı 1973-cü il təvəllüdlü Kuzmov Konstantin Viktoroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
K.Kuzmovun meyiti Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.