Ermənistan XİN: Lukaşenko Yerevan üçün əziz qonaqdır

"Yerevan və Minsk səfərlə bağlı diplomatik kanallar vasitəsilə müzakirə aparacaq"
Sputnik

BAKI, 5 fevral — Sputnik. "Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan üçün əziz qonaqdır". Sputnik Azərbaycan erməni KİV-nə istinadən xəbər verir bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan "Erməni tərəfi üçün Aleksandr Lukaşenkonun səfəri gözləniləndirmi?" sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Yerevan və Minsk bu məsələ üzərində diplomatik kanallar vasitəsilə müzakirə aparacaq: "Konkret tarix barədə isə heç nə deyə bilmərəm".