BAKI, 5 fevral — Sputnik. İsrail Müdafiə Nazirliyi erməni KİV-nin ittiham etdiyi "Aeronautics Ltd"-yə Azərbaycana silah ixrac etmək üçün verilən lisenziyanı bərpa edib. Bu barədə Sputnik Azərbaycan "Times of Israel"-ə istinadən xəbər verir.
2017-ci ildə erməni KİV-i məlumat yaymışdı ki, guya "Aeronautics Ltd." şirkətinin əməkdaşları "Orbiter 1K" dronalarının imkanlarını Azərbaycanın rəsmi şəxslərinə göstərmək üçün onları Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilən erməni hərbçilərinə qarşı yönəldib. Erməni KİV-i bundan sonra uzun müddət guya İsrail Müdafiə Nazirliyinin şirkətin rəsmi Bakıya silah ixracına dair lisenziyanı dayandırdığını yazıb.
İsrail KİV-nin yaydığı məlumata görə, "Aeronautics Ltd." dronlarının Azərbaycana tədarükünə icazə verilməsi barədə qərar İsraildə ən böyük silah idxalçılarından olan "Rafael"in bu şirkəti 231 milyon dollar qarşılığında almasından 3 həftə sonra qəbul edilib.
Azərbaycan və "Aeronautics Ltd."-nin birgə yaratmış olduğu "Azad Systems" adlı birgə müəssisə "Aeronautics" tərəfindən hazırlanan "Orbiter" uçan pilotsuz aparatları, həmçinin "Orbiter 1K"nın bazasında "Zərbə" adlı raket buraxır.
Ötən il məlumat yayılıb ki, Azərbaycan və İsrail şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu da tərəflərin "Pegasus 120" multikopterinin istehsalı üzrə əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Sənəd Mərkəzi Asiya ölkələrindən birində pilotsuz uçan aparatın birgə istehsalını nəzərdə tutur.
İstehsalçı - şirkət olan "Aeronautics Ltd."bəyan edib ki, "Pegasus 120" bir neçə rotora malik uçan pilotsuz aparatdır. Aparatın maksimum faydalı yük daşıma qabiliyyəti 75 kq-dır.