İki rayonda su olmayacaq

İçməli suyun verilməsində məhdudiyyətlər yaşanacaq
Sputnik

BAKI, 5 fevral — Sputnik. Bu gün paytaxtın iki rayonunda su olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 5 fevral 2019-cu il tarixində gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.