CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Professor Zakir Əliyev: “Əlamətlərin üçünün eyni uşaqda olması fəlakətdir”

"Bəzən valideynlər uşağın özünü yerə çırpmasına da adi hal kimi, şıltaqlıq kimi yanaşırlar”
Sputnik

BAKI, 5 fevral — Sputnik. "Valideynlər azyaşlı uşaqlar və körpələrdə heç bir əlaməti nəzərdən qaçırmamalıdır. Çünki bəzən uşağın davranışında adi görünən hansısa dəyişiklik ciddi nevroloji problemlərdən xəbər verə bilər".

Bronxial astma insanların həyat fəaliyyətinə təsir etməyən xəstəlik imiş

Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru Zakir Əliyev belə deyib. O müasir dövrdə uşaqlar arasında nevroloji patologiyalardan danışıb: "Müasir dövrdə bu patalogiyalar əsasən dörd istiqamətdə müşahidə olunur: əqli inkişafdan geri qalma, yaddaşdan kəmlik, hərəkətin zəifləməsi (iflic, parezlər) və qıcolmalar (epilepsiyalar)".

Mütəxəssisin sözlərinə görə, bu əlamətlərin üçünün eyni uşaqda olması fəlakətdir.

Z.Əliyev bəzən valideynlərin nevroloji problemli uşaqların müalicəsinə ciddi yanaşmaması probleminə də toxunub: "Uşaqlarda qıcolma yaranmadıqda bəzən valideynlər dərmanları yarımçıq saxlayır, müalicəni davam etdirmirlər. Çünki müalicəyə düzgün əməl olunmadıqda, uşaqlarda qıcolma halları aradan qalxdığı halda belə əqli problemlər həllini tapmış olmur".

"Bəzən valideynlər uşağın özünü yerə çırpmasına da adi hal kimi, şıltaqlıq kimi yanaşırlar. Halbuki, bu əlamət də müəyyən problemlərdən xəbər verir", – deyə mütəxəssis əlavə edib.