HADİSƏ

Ticarət mərkəzində partlayış olub, ölən var

Partlayışın təfərrüatı açıqlanmır
Sputnik

BAKI, 5 fevral - Sputnik. ABŞ-da ticarət mərkəzində partlayış olub.

"Report" xəbər verir ki, hadisə Albukerke şəhərində (Nyu-Meksika ştatı) "Coors and Central" ticarət mərkəzində baş verib.

Albukerke polisindən bildirilib ki, partlayış zamanı həlak olan var.

"Partlayış zamanı bir nəfər ölüb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb", - deyə şəhər polisinin "Twitter" səhifəsində bildirilir.

Polisdən həmçinin bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. 

Partlayışın təfərrüatı açıqlanmır.