SƏHİYYƏ

Uşaq bağçalarında "donuz qripi"nin qeydə alınıb-alınmadığına aydınlıq gətirildi

Bununla bağlı mütəmadi profilaktik tədbirlər görülür
Sputnik

BAKI, 4 fevral — Sputnik. Bakı şəhərindəki uşaq bağçalarında qızılca və A (H1N1) virusuna ("donuz qripi") yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məlumat verilib. Məlumata görə, bununla bağlı mütəmadi profilaktik tədbirlər görülür.

Qeyd edək ki, "donuz qripi" qonşu Gürcüstanda geniş yayılıb. Bu virusdan ölənlər də var. Ölkəmizdə isə bununla bağlı ciddi fakt qeydə alınmayıb.