BAKI, 4 fevral – Sputnik. “Birləşmiş Ştatlar Venesuelaya qoşun yeritmək variantını istisna etmir”.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində deyib.
Tramp jurnalistin "Sizi Amerika hərbçilərini Venesuelada istifadə etməyə nə vadar edə bilər? Milli təhlükəsizlik maraqları nədən ibarətdir" sualına belə cavab verib: "Mən bunu demək istəmirəm… Amma müəyyən mənada, bu, variantlardan biridir".