HADİSƏ

Polis Bakıda qanunsuz silah-sursatı müsadirə edib

"Kalaşnikov" markalı pulemyot, 4 ədəd patron darağı və 145 ədəd patron könüllü olaraq polisə təhvil verilib
Sputnik

BAKI, 4 fevral — Sputnik. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində Ağdam rayon sakini tapdığı silahları təhvil verib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Z.Zeynalov tapdığı "Kalaşnikov" markalı pulemyotu, 4 ədəd patron darağını və 145 ədəd patronu könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib.