Bakının məşhur Babək prospekti 2 ay öncə əsaslı təmir olunub. Lakin buna baxmayaraq, artıq bir neçə dəfə həmin prospektdə çökmə hadisəsi baş verib. Bu cür arzuolunmaz hadisələr vətəndaşların narazılığına səbəb olsa da, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) olub-bitənlərdə heç bir qəbahətinin olmadığını iddia edir. Bütün bunlara rəğmən, fakt faktlığında qalır ki, Babək prospekti külli miqdarda vəsait hesabına təmir olunsa da, yolda müxtəlif deformasiyalar meydana çıxmaqda davam edir.