HADİSƏ

Azərbaycan səfirliyinin mühafizəçisi dəhşətli faciənin qarşısını alıb

O, toqquşmaya bir neçə saniyə qalmış yatan şəxsi tramvay xətlərindən uzaqlaşdıra bilib
Sputnik

BAKI, 4 fevral — Sputnik. Minskdə milis əməkdaşı Yelizaveta Andjaparidze alkoqolun dozasını artıq edən və gecə Azərbaycanın Belarusdakı səfirliyinin binası yaxınlığındakı tramvay reyslərinin üzərində yatan şəxsin həyatını xilas edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Minsk-Novosti" Belarus Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Azərbaycan səfirliyinin mühafizəçisi dəhşətli faciənin qarşısını alıb

Məlumata əsasən, insident Starovelinski küçəsində baş verib. Belarus DİN-in Xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluq binalarının qorunması üzrə bölməsinin kiçik inspektoru Yelizaveta Andjaparidze qorunan obyektə - Azərbaycanın Belarusdakı səfirliyinin binasına baxış keçirərkən tramvay xətləri üzərində olan vətəndaşı görüb.

Həmin vaxt şəxsə tramvay yaxınlaşırmış. Tramvay sürücüsünün səs qurğusu vasitəsilə xəbərdarlıqlarına şəxs reaksiya verməyib. Yelizaveta dərhal şəxsə yaxınlaşıb və toqquşmaya bir neçə saniyə qalmış şəxsi tramvay xətlərindən uzaqlaşdıra bilib. Məlum olub ki, həmin şəxs sərxoş olub və sadəcə yatıb.

Məlumatda qeyd olunur ki, Yelizaveta Andjaparidze bir ildən az müddətdir ki, daxili işlər orqanlarında işləyir, lakin özünü yaxşı əməkdaş və idmançı kimi göstərə bilib. Hazırda Belarusdakı Azərbaycan səfirliyinin mühafizəsini təşkil edir.