İQTİSADİYYAT

Professor: “Ölkəmizdə tibbi sığorta ilə bağlı görülməli işlər çoxdur”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, tibbi sığortanın dayanıqlı şəkildə reallaşmamasının əsas səbəbi əhalinin gəlirləri ilə bağlıdır
Sputnik

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, tibbi sığorta ilə bağlı islahatların dərinləşməsinə ehtiyac var: “Dünyada səhiyyə sisteminin əsasını tibbi sığorta təşkil edir. Ölkəmizdə də bununla bağlı atılan addımlar müsbət nəticələr verib. Hesab edirəm ki, ölkəmizdə tibbi sığorta ilə bağlı görülməli iş çoxdur. Son atılan addımlar da bu prosesin intensivləşməsi ilə bağlıdır. Tibbi sığortanın dayanıqlı şəkildə reallaşmamasının əsas səbəbi əhalinin gəlirləri ilə bağlıdır”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz