Mətbuat mərkəzi

Azərbaycanın avtomobil bazarında vəziyyət necədir

Azərbaycanın avtomobil bazarında vəziyyət, avtomobillərin qiymətləri və avtomobil həvəskarlarının üstünlük verdikləri maşınlarla bağlı məsələlər müzakirə ediləcək
Sputnik

Azərbaycanın istehlak seqmentində avtomobil bazarı daşınmaz əmlak bazarından sonra ikinci yeri tutur. Burada baş verən bütün hadisələr əhalinin diqqətini cəlb edir. Son illərdə Azərbaycan avtomobil idxalını ciddi şəkildə ixtisar edib: 2015-ci ildə ölkəyə idxal 2014-cü illə müqayisədə 2,5 dəfə, 2016-cı ildə isə 2014-cü illə müqayisədə 6 dəfə azalıb. Eyni zamanda yerli bazarda ölkə istehsalı olan avtomobillərin payı artıb.

Cari ildə Azərbaycanın avtomobil bazarında vəziyyət necə dəyişəcək, hansı tendensiyalar ona istisnasız olaraq təsir edəcək, avtomobillərin qiymətləri necə olacaq və Azərbaycanın avtomobil həvəskarları hansı maşınlara üstünlük verəcəklər? Bu suallara fevralın 7-də saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramin Osmanlı cavab verəcək.

Moderator politoloq İlqar Vəlizadə.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi