Ərdoğan Putinlə növbəti görüşün vaxtını açıqladı

"Fevralın 14-də biz cənab Putinlə Soçidə görüş keçirəcəyik" - deyə Türkiyə prezidenti bildirib
Sputnik

BAKI, 3 fevral – Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya başçısı Vladimir Putinlə fevralın 14-də görüşəcəyini bəyan edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan görüşün Soçi şəhərində keçiriləcəyini deyib.

"Fevralın 14-də biz cənab Putinlə Soçidə görüş keçirəcəyik", - deyə Türkiyə prezidenti bildirib.