BAKI, 3 fevral — Sputnik. Rusiyanın Kaluqa vilayətində avtobus qəzası nəticəsində 7 nəfər ölüb, 32 nəfər yaralanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ölənlərdən 4-ü uşaqadır.
Yaralananlardan 25 nəfəri xəstəxanaya yerləşdirilib. Onlardan 24 nəfəri uşaqdır. Daha 7 nəfərə yerindəcə yardım edilib.
Avtobusun sürücüsü həbs olunub, ona qarşı “Yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan 2 və daha çox adamın ölümünə səbəb olma” maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, qəza bu gün səhər saatlarında baş verib. Olay zamanı avtobusda 48 nəfər, o cümlədən 33 uşaq olub. Uşaqlar müsabiqədə iştirak etmək üçün filarmoniyaya gedirmişlər. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxıb və aşıb.