İQTİSADİYYAT

Turizmin inkişafı üçün daha hansı addımlar atılmalıdır – ekspert şərhi

Azər Allahverənov deyir ki, Azərbaycanda turizm üçün infrastruktur qurulduqdan sonra inkişaf etməyə başladı
Sputnik

“Son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artıb. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlib. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləyiblər. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, müvafiq icra qurumları qiymət siyasətinə nəzarət edərsə, daxili turizminin sürətlə inkişaf etməsinin şahidi ola bilərik: “Azərbaycanda turizm üçün infrastruktur qurulduqdan sonra inkişaf etməyə başladı. Xüsusəndə, Azərbaycanda qış turizmi getdikcə populyarlaşır. Ancaq qış turizmi obyektlərində müəyyən narahat edən məqamlar da qalmaqdadır”

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz