Səmada meteorit partladı – VİDEO

Yerli əhali partlayış zamanı evlərinin titrədiyini hiss edib
Sputnik

BAKI, 2 fevral — Sputnik. Kubanın Pınar-del-Rio əyalətinin səmalarında güclü partlayış olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, havada partlayış meteorit partlayışı olub. Hadisə şahidləri baş verənləri videoya çəkiblər və sosial şəbəkələrdə paylaşıblar.

Şahidlərin sözlərinə görə, göydə bulud topası görüblər. Yerli əhali partlayış zamanı evlərinin titrədiyini hiss edib. Daha sonra həmin ərazidə mənşəyi məlum olmayan daşlar aşkar edilib.