BAKI, 2 fevral — Sputnik. SSRİ Mərkəzi televiziyasının diktoru və aparıcısı Yevgeniy Suslov dünyasını dəyişib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur aparıcı fevralın 1-də vəfat edib. Bu barədə onun həmkarı Alla Danko sosial şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, son illər Yevgeniy Suslovun səhhətində ciddi problemlər olub. 81 yaşında dünyasını dəyişən aparıcının ölümünün dəqiq səbəbləri bəlli deyil.
Yevgeniy Suslov 1937-ci il oktyabrın 10-da doğulub. Uzun illər ərzində sovet televiziyasında diktor və aparıcı kimi çalışıb. Yevgeniy Suslov "Vremya" xəbərlər proqramı, "Qoluboy oqonyok" kimi məşhur verilişin aparıcısı olub, Qırmızı Meydanda hərbi paradı şərh edib. Suslov televiziyada 30 ildən çox işləyib. Televiziyada əməyinə görə 1984-cü ildə ona RSFSR-ın əməkdar artisti adı verilib.