Fonda daxil olan vəsaitin məbləği açıqlanıb

Silahlı Qüvvələrin Yardım Fonduna cari il fervralın 1-dək 96.919.429,86 AZN, 213.577,88 ABŞ dolları, 15.436,0 avro və 5000,0 rubl vəsait daxil olub
Sputnik

BAKI, 1 fevral — Sputnik. Fervralın 1-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il fervralın 1-dək 96.919.429,86 AZN, 213.577,88 ABŞ dolları, 15.436,0 avro və 5000,0 rubl vəsait daxil olub.