HADİSƏ

Uşaq bağçasında yanğın baş verib

Bina yanğından mühafizə olunub
Sputnik

BAKI, 1 fevral — Sputnik. Bakı şəhərinin Xətai rayonunda uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin  mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.