Tramp prezidentlikdən gileylənib: "Xeyli pul itirmişəm"

Donald Tramp: "Prezidentlik müddətində maliyyə itkilərimi inanılmaz rəqəmlərlə ölçmək olar"
Sputnik

BAKI, 1 fevral — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp "The New York Times"-a müsahibəsində bəyan edib ki, ABŞ prezidenti postunda pul qazanmaq mümkün deyil. Bu barədə Sputnik Azərbaycan həmin nəşrə istinadən xəbər verir.

Prezident vurğulayıb ki, öz prezidentliyi dövründə yalnız pul itirib: "Mən bu işi görməklə xeyli vəsait itirmişəm".

O, həmçinin vurğulayıb ki, prezidentlik müddətində maliyyə itkilərini "inanılmaz rəqəmlərlə" ölçmək olar. Lakin o, bu müddət ərzində nə qədər vəsait itirdiyini açıqlamayıb.