RUSİYA

Gənc qız kişilərin diqqətini cəlb etmək üçün qəribə üsula əl atdı

Dediyinə görə, onun kişi diqqətinə ehtiyacı varmış.
Sputnik

BAKI, 1 fevral — Sputnik. Sərxoş qadın avtomobil oğurlayıb sürmək istəsə də buz topasına ilişib qalıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın Tula vilayətində qadın oğurladığı avtomobillə 50 metr getməmiş onun yoluna qar topası çıxıb.

Hadisəni törədən 24 yaşlı qadının hərəkətləri ətrafdakılar tərəfindən qeydə alınıb. Qadın hadisə yerindən qaçmağı planlaşdırmayıb. O ayyaqqabılarını çıxarıb və avtobilin qapısını bağlayaraq içəridə oturub. Dediyinə görə, onun kişi diqqətinə ehtiyacı varmış.